Beynəlxalq Olimpiya Komitəsi DÇ-2022 ilə bağlı mövqeyini açıqladı
20.09.2013 - 08:24
Beynəlxalq Olimpiya Komitəsi (BOK) DÇ-2022-nin keçirilmə vaxtının dəyişdirilməsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, qurum rəhbərliyi Qətərdə keçiriləcək mundialın yayda deyil, qışda baş tutması ideyasından müəyyən qədər narahatdır.
Belə ki, BOK həmin ildə baş tutacaq Qış Olimpiya Oyunları ilə futbol üzrə dünya çempionatının eyni vaxta təsadüf etməsindən çəkinir. Çünki qurumun təşkil etdiyi yarış mundialın kölgəsində qala bilər. Bu üzdən də BOK rəhbərliyi FİFA-nın onlarla məsləhətləşmələr aparacağını, 2022-ci ilin fevralına təsadüf edəcək Olimpiadaya təsir etməyəcəyinə ümid edir.
Qeyd edək ki, FİFA mundialla bağlı qərarını bu ilin oktyabrında baş tutacaq İcraiyyə Komitəsinin iclasında verəcək. Olimpiada-2022-nin ev sahibi isə 2015-ci ildə müəyyənləşəcək.

0
0