“Bakı”nın sabiq futbolçusuna görə verilən cəza azaldıldı
20.09.2013 - 09:01
“Bakı”nın sabiq futbolçusuna görə verilən cəza azaldıldı
“Bakı”nın sabiq futbolçusu Kürşat Duymuşun Mübahisələrin Həlli Komitəsinə müraciəti əsasında “Orduspor”a verilən 2 dövrə transfer qadağası yüngülləşdirilib. Apasport.az saytının məlumatına görə, Apellyasiya Komitəsi bu cəzanı 1 dövrəyə şamil edib.

Bu isə o deməkdir ki, “Orduspor” yalnız qış “transfer pəncərəsi” zamanı futbolçu heyətinə qata bilməyəcək. Yayda isə Branimir Subaşiçin komandası transfer etməkdə sərbəstdir.

Qeyd edək ki, “Bakı”dan ayrıldıqdan sonra “Orduspor”a keçən Kürşat Duymuş 2010/11 mövsümünün sonunda komandası ilə birgə Superliqaya çıxsa da, klub onun xidmətindən yararlanmaq istəməyib futbolçunun müqaviləsini birtərəfli şəkildə pozmuşdu.