Aleksandr Səmədov: Azərbaycandan gələn zənglərin sayı azdır
20.09.2013 - 09:28
Aleksandr Səmədov: Azərbaycandan gələn zənglərin sayı azdır
Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində son oyununu Rusiya yığmasına qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, oktyabrın 15-də Bakıda baş tutacaq görüşə 1 aydan az vaxt qalsa da, şimal qonşularımız qarşıdakı matçı tez-tez yada salırlar.

Bu mənada, Rusiya milisinin əslən azərbaycanlı olan üzvü Aleksandr Səmədov daha çox diqqət mərkəzindədi. 2003-cü ildə milli komandamızın toplanışına qatılan, lakin sonradan yığmamızda oynamaqdan imtina edən yarımmüdafiəçi ara-sıra Azərbaycanla bağlı açıqlamalar verir.

Hazırda Moskva “Lokomotiv”inin şərəfini qoruyan Səmədov yenə yerli mətbuata müsahibəsində ölkəmizdən danışıb: “Bakı səfərinə qədər Lüksemburqda yaxşı oynamaq lazımdır. Bizi çətin oyun gözləyir. Həyatımda bircə dəfə Azərbaycanda olmuşam. Odur ki, yumşaq desək, Azərbaycandan gələn zənglərin sayı azdır”.

Qeyd edək ki, yığmamızla birgə F qrupunda yer alan Rusiya millisi son 2 oyununu səfərdə keçirəcək. Fabio Kapellonun rəhbərlik etdiyi kollektiv oktyabrın 11-də Lüksemburq, 4 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.