İsgəndər Cavadovun ailəsində faciə
20.09.2013 - 09:29
İsgəndər Cavadovun ailəsində faciə
Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun oğlu Sübhan Cavadov dünyasını dəyişib. Apasport.az saytının əldə etdiyi xəbərə görə, Lənkəranda ezamiyyətdə olan mərhum bu səhər yuxudan oyanmayıb.

“Qala” otelində məskunlaşan Cavadovun ürəktutmasından dünyasını dəyişdiyi güman edilir.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu xəbəri təsdiqləyib: “Çox təəssüf ki, Sübhan Cavadov dünyasını dəyişib. Hazırda mən və mərhumun valideynləri Lənkərana gedirik”.

Qeyd edək ki, 25 yaşlı Sübhan Cavadov AFFA-nın Marketinq Departamentində mütəxəssis vəzifəsində çalışırdı.

Allah rəhmət eləsin!