Əmrah Çəlikəl xəbərsizdi: Kim gəlir, Mişel Platini?
20.09.2013 - 09:51
“Tofiq Bəhramov adına Respublika stadionunun qazonu yenicə düzəldilib. Bu üzdən istəmədik ki, ona zərər yetirək”. Bunu apasport.az saytına “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.
Topaz Premyer Liqasının VIII turunda “Qarabağ” sabah “Simurq”u qəbul edəcək. 19:30-da başlayacaq oyunun məkanı kimi öncə mərkəzi arena göstərilmişdi. Ancaq sonradan heç bir səbəb göstərilmədən qarşılaşmanın keçirilmə yerinin “Dalğa Arena” olacağı bildirildi.
Bunu həmin gün ölkəmizdə səfərdə olacaq UEFA prezidenti Mişel Platininin gəlişi ilə əlaqələndirmək olar. Çünki fransalı UEFA-nın maliyyə dəstəyi ilə həyata keçirilən Mərdəkandakı Futbol Mərkəzində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində iştirak edəcək.
Məhz bundan sonra onun “Qarabağ”ın oyununa baxacağı bildirilir. Görəsən, Platiniyə görə azarkeşlərin şəhərin mərkəzindən kənar qəsəbəyə sürgün olunmasının səbəbi nədir?
Ancaq Çəlikəl məkanın dəyişilməsini Platini ilə əlaqələndirməməklə yanaşı, onun gəlişindən xəbərsiz olduğunu bildirdi: “Kim gəlir, Mişel Platini? Vallah, indi siz deyirsiniz, mən də bildim. Türkiyədə olduğumdan, Platininin Azərbaycana gələcəyini bilmirdim. Gəlib “Qarabağ”ın oyununu izləyəcəksə, lap yaxşı. Ancaq mərkəzi arenada oynamamağımızın səbəbi qazonun yenicə təmirdən çıxmasıdır. Növbəti ev oyunundan etibarən komandamız yenə Respublika stadionunda meydana çıxacaq”.
Qeyd edək ki, bu turun oyunlarından “Sumqayıt” – “Neftçi” matçının da məkanı dəyişdirilib. Sumqayıtda təmir işləri getdiyindən sabah baş tutacaq oyun “Bakcell Arena”da keçiriləcək.
Səbuhi TOFİQOĞLU

0
0