Millimizin Volqoqrad mübarizəsi
20.09.2013 - 11:28
Millimizin Volqoqrad mübarizəsi
Sabah 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi başlayacaq. Apasport.az saytının məlumatına görə, X qrupda mübarizə aparacaq Azərbaycan yığması Rusiyanın Volqoqrad şəhərində mübarizəyə start verəcək.

Şimal qonşularımızdan başqa İslandiya və Slovakiya ilə münasibətlərini ayırd edəcək yığmamız indiki baş məşqçisi Nikolay Adamın rəhbərliyi altında ilk seçmə mərhələsində uğur qazanmağa çalışacaq. Yalnız ilk turunun oyunlarının hakimləri açıqlanan mini turnirdə yığmamızın ilk rəqibi İslandiya olacaq.

Qeyd edək ki, növbəti mərhələyə hər qrupda ilk 2 yeri tutan komandalar və 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma yüksələcək.

21 sentyabr
14:00 İslandiya - Azərbaycan
Baş hakim: Deyan Yakimovski (Makedoniya)
Volqoqrad. Olimpiya stadionu

18:00. Rusiya – Slovakiya
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Volqoqrad. Olimpiya stadionu

23 sentyabr
14:00. Slovakiya – İslandiya
Volqoqrad. Olimpiya stadionu

18:00. Rusiya - Azərbaycan
Volqoqrad. Olimpiya stadionu

26 sentyabr
18:00. Azərbaycan – Slovakiya
Volqoqrad. Olimpiya stadionu

18:00. islandiya – Rusiya
Volqoqrad. “Zenit” stadionu