Mişel Platininin Bakıda iştirak edəcəyi mərasimin saatı açıqlandı
20.09.2013 - 11:49
Mişel Platininin Bakıda iştirak edəcəyi mərasimin saatı açıqlandı
Sabah AFFA-nın Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasiminin saatı açıqlanıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçiriləcək tədbirin saat 10:30-da başlanması nəzərdə tutulub.

Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək. Mərasimdə iştirak etmək istəyən KİV nümayəndələrinə AFFA tərəfindən nəqliyyat vasitəsi təşkil olunacaq. Jurnalistləri tədbirə aparacaq avtomobil AFFA-nın inzibati binasının qarşısından saat 09:45-də yola düşəcək.