“Anji”nin futbolçusu millimizə lazım olmadı
20.09.2013 - 12:00
“Anji”nin futbolçusu millimizə lazım olmadı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsinə 18 futbolçu ilə yollanacaq.

Baş məşqçi Nikolay Adam Türkiyə toplanışına aparılan 21 oyunçudan 3-dən imtina edib. Bunlar Tural Məmmədrzayev (“Qəbələ”), Fərid Kərimzadə (“Sumqayıt”) və İslamxan Hacıyasulovdur (“Anji”).

Rusiyaya yollanan heyətdə ən çox - 5 futbolçu ilə “Qəbələ” təmsil olunub: Ağaseyid Qasımov, Kamran Nəsirov (hər ikisi “Qarabağ”), Elməddin Məmmədov (“Neftçi”), Renat Ağaverdiyev, Umar Akmurzayev (hər ikisi “Bakı”), Bəhlul Mustafazadə, Fərid Əsədli, Roman Hüseynov, Emin Zamanov, Yusif Nəbiyev (hamısı “Qəbələ”), Elnur Cəfərov (“Xəzər Lənkəran”), Elgün Uluxanov (MOİK, Rusiya), Şahban Cəbrayılov (“Anji”, Rusiya), Şahin Tolqa (“Ayntraxt”, Almaniya), Yılmaz Berdan (“Hannover”, Almaniya), Avan Sinan (“Ballspielverein”, Almaniya), Kama Benhür (“Darmştadt”, Almaniya), Altın Ozan (“Koblens”, Almaniya).

Mənbə: affa.az