Azərbaycanlı futbolçu “Old Trafford”da
20.09.2013 - 12:02
"Mançester Yunayted" Futbol Məktəbinin Dünya Bacarıqlar Finalında Azərbaycan təmsilçisi də olacaq. Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisinə məxsus məktəbin Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etmiş Tamerlan Rizvanov finala vəsiqə qazanıb.
Gənc istedad bu il oktyabr ayının 17-dən 20-dək Mançesterin “Aon” İdman Kompleksində baş tutacaq finalda iştirak edəcək. Bundan əlavə, o, oktyabrın 19-da da "Old Trafford" stadionunda İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Mançester Yunayted" – “Sauthempton” oyununu izləyəcək.
Mənbə: affa.az

0
0