Elnur Allahverdiyev: Ölkənin ən iddialı klublarından birinə keçdim
20.09.2013 - 12:07
“Özümü çox yaxşı hiss edirəm. Ölkənin ən iddialı klublarından birinə keçdim. Artıq 2 gündür Qəbələdəyəm”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın müdafiəçisi Elnur Allahverdiyev deyib.
“Qəbələ” sıralarını yeni futbolçu ilə gücləndirib. Daha əvvəl “Ədliyyə”, “Şəfa”, MOİK, “Turan”, “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran”da top qovmuş Elnur Allahverdiyevlə yarımillik müqavilə imzalanıb. Müdafiəçi “Qəbələ”də 36 nömrəli forma ilə çıxış edəcək.
Keçidin rəsmiləşməsinin ardından futbolçu ilkin təəssüratlarını gabalafc.az-la paylaşıb: “Çox gözəl atmosfer və futbol oynamaq üçün hər cür şərait var. Komandanın qarşısına böyük hədəflər qoyulub. Məqsədim bacarığımı ortaya qoyub komandanın hədəflərinə çatmasına kömək etməkdir. Özümü psixoloji və fiziki cəhətdən hazır sayıram. Baş məşqçimiz şans verdiyi an mübarizəyə atılmağa hazıram”.

0
0