Akif İsmayılovdan “Qarabağ”a cavab: Oynamaq olardı
20.09.2013 - 13:02
“Stadionun qazonunda təmir işləri ötən həftə tamamlanıb. Mən isə məzuniyyətdən yenicə qayıdıram. Bununla belə, stadion rəhbəri kimi bilirəm ki, orda oyun keçirmək olardı”. Bunu apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
Topaz Premyer Liqasının VIII turunun “Qarabağ” – “Simurq” oyununun keçirilmə məkanı dəyişdirilib. Sabah saat 19:30-da keçiriləcək qarşılaşma mərkəzi arenadan Mərdəkandakı “Dalğa Arena”ya köçürülüb. Bu məsələyə “Qarabağ” tərəfinin rəsmi mövqeyi təxminən belə olub: “Biz mərkəzi arenadan ona görə yararlanmadıq ki, yeni düzəldilmiş qazonun 1 oyuna görə uzun müddətə sıradan çıxmasını istəmədik”.
Ancaq stadionun rəhbəri olan Akif İsmayılov başqa fikirdədir: “Vallah, “Qarabağ”ın hansı səbəbdən “Simurq”u bizim stadionda qəbul etməməsini bilmirəm. Ancaq dəqiq deyə bilərəm ki, bir oyun keçirməklə qazon zədələnməyəcəkdi. Ot örtüyü bu oyunu burda keçirməyə imkan verirdi. Mənə də maraqlıdır ki, niyə “Qarabağ” rəhbərliyi belə qərar verib. Halbuki, onlar daha öncə fikrimi öyrənmiş və mən də stadionun oyun keçirmək üçün hazır olduğunu bildirmişdim”.
Səbuhi TOFİQOĞLU

0
0