“Bakıda Avropa çempionatının oyunlarının keçiriləcəyinə inanıram”
20.09.2013 - 13:29
“Mən Bakıda Avropa çempionatının oyunlarının keçiriləcəyinə inanıram. AÇ-2020-ni qazanmağımız bizə bəzi üstünlüklər qazandıracaq. Bu, bəzi insanların bizim haqda şübhələrini də aradan qaldırmış olacaq”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
AFFA rəsmisi Xorvatiyanın Dubrovnik şəhərində keçirilən UEFA-nın İcraiyyə Komitəsinin (İK) dünən və bu gün keçirilən iclaslarında iştirak edib. Məmmədov “Associated Press” agentliyinə verdiyi müsahibəsində 2024-cü il Olimpiya oyunlarına da namizədliklərinin verilə biləcəyini istisna etməyib.
UEFA İK 2014-cü ilin sentyabrında Bakının AÇ-2020-ni keçirməyə 13 şəhərdən biri olmasını təsdiqləsə, qonşu ölkələrdən də çempionata maraq artacaq. Bunu Elxan Məmmədov deyib: “Biz hansı regional zonada yerləşdiyimizi görməli, hansı üstünlüklər əldə etdiyimizi bilməliyik. Qalib gəlsək, qonşu Rusiya, Gürcüstan, Türkiyə və Qazaxıstandan, üstəlik İran və Türkmənistan kimi Asiya ölkələrindən də fanatlar Bakıya axışacaq”.
Qeyd edək ki, bu gün Bakının AÇ-2020-yə namizədliyi təsdiqlənib.

0
0