Ölkə kubokunun finalçısı avrokuboklarda oynamaya bilər
20.09.2013 - 13:58
Ölkə kubokunun finalçısı avrokuboklarda oynamaya bilər
UEFA-nın bu gün keçirilən İcraiyyə Komitəsinin yığıncağında avrokubokların formatı da müzakirə olunub. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu milli assosiasiyaların müraciətinə baxandan sonra reqlamentə dəyişikliyin edilməsi ilə razılaşıb.

Belə ki, UEFA-nın Klub Yarışları üzrə Komitəsi 2015/16 mövsümündən etibarən Avropa Liqasında dəyişiklik edəcək.

Buna əsasən ölkə kubokunun qalibi Çempionlar Liqasına vəsiqə qazanıbsa, finalda ona uduzan komanda avrokuboklara vəsiqə qazanmayacaq. Həmin vəsiqə ölkə çempionatında daha yüksək yer tutan, lakin qitə miqyaslı turnirə yüksəlməyən komanda sahib çıxacaq.