“Xəzər Lənkəran” Skarlatakesiz qalıb - FOTOSESSİYA
20.09.2013 - 14:05
“Xəzər Lənkəran” Skarlatakesiz qalıb - FOTOSESSİYA
Topaz Premyer Liqasının VII turu çərçivəsində AZAL klubunun qonağı olacaq "Xəzər Lənkəran" Bakıdakı hazırlığını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, artıq iki gündür "Bayıl Arena" stadionunun süni örtüklü meydançasında çalışmalarını sürdürən “ağ-yaşıllar” bu gün səhər məşqi ilə adıçəkilən arenadakı hazırlığını tamamlayıb.

Taktiki və fiziki çalışmaları yerinə yetirən futbolçulardan Adrian Skarlatake hələ ki, komanda ilə birgə məşqlərə qatıla bilmir. Rumın müdafiəçi məşqlərini fərdi şəkildə davam etdirir.

“Xəzər Lənkəran” sabah matçın keçiriləcəyi “AZAL Arena”da oyunöncəsi son məşqinə çıxacaq.

Bu gün keçirilən məşqlərdən çəkilmiş fotoları təqdim edirik: