UEFA-dan Cəbəllütariqə “yaşıl işıq”
20.09.2013 - 14:17
UEFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında daha bir önəmli qərar qəbul edilib. Apasport.az saytının məlumatına görə, Xorvatiyanın Dubrovnik şəhərində təşkil olunan mərasimdə daha bir ölkənin təmsilçilərinin avrokuboklarda iştirakına “yaşıl işıq” yandırılıb.
Belə ki, 2014/15 mövsümündən etibarən, UEFA-ya yenicə üzv olan Cəbəllütariqin də iki klubunun beynəlxalq yarışlarda çıxışına icazə verilib. Sözügedən ölkə Çempionlar Liqası və Avropa Liqasının hər birində bir klubla təmsil olunacaq.

0
0