Gənclərə güzəşt
20.09.2013 - 14:26
Gənclərə güzəşt
Xorvatiyanın Dubrovnik şəhərində keçirilən UEFA-nın İcraiyyə Komitəsi gənclər arasında Avropa çempionatı ilə bağlı qərarlar qəbul edib. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının da seçmə mərhələsində iştirak etdiyi Avro-2015-nin tarixi təsdiqlənib. Yarış 2015-ci il iyunun 17-də start götürsək və ayın 30-da final matçı ilə yekunlaşacaq.

Milli assosiasiyaların istəyini nəzərə alan UEFA növbəti yarışların formatını saxlamağa qərar verib. İlkin olaraq dəyişikliklər gözlənilsə də, ölkələr yarışın tək illərdə keçirilməsində maraqlı olduqlarını bildirib. Bu da onunla bağlıdır ki, cüt illərdə dünya və Avropa çempionatları, həmçinin Olimpiya oyunları keçirilir.

Qeyd edək ki, millimiz Avro-2015-in seçmə mərhələsində Makedoniya ilə qolsuz heç-heçə edib və İsrailə 2:7 hesabı ilə uduzub.