“Bu, çempion olacağımıza dəlalət etmir”
20.09.2013 - 14:30
“Bakı” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının VII turunda “İnter”in qonağı olacaqsınız. Paytaxt derbisinə hazırlıq necə gedir?
- Həmişəki qaydada hazırlaşırıq. Hansısa rəqibə qarşı özəl yanaşma yoxdur. Elitada çıxış edən komandalardan kimisə zəif, kimisə güclü saymaq olmaz.
- “İnter” çempionata uğursuz başlayıb. “Bankirlər”in 6 oyundan 5-də məğlub olmaları, qapılarından 13 top buraxmaları çox şeydən xəbər verir. Şənbə günü keçiriləcək matçda “Bakı”nı daha şanslı saymaq olar?
- Düzdür, çempionata uğursuz başlayıblar. Ancaq “İnter” həmişə iddialı olub, çempionluğa oynayıb. Yaxşı baş məşqçiləri, normal heyətləri var. Mövsümə uğursuz başlamaq hələ zəifləmək demək deyil. Belə vəziyyətlərdə bir qələbə qazanıb, “qara zolaq”dan çıxmaq olur. “İnter”də çalışanlar da bunun fərqindədirlər. Ona görə də, bizim üçün çox çətin olacaq. Rəqib qələbə qazanmaq, vəziyyəti lehinə dəyişmək üçün əlindən gələni edəcək. Necə ki, bizimlə oyunda bunu “Xəzər Lənkəran” etdi.
- Sonuncu turda səfərdə “Xəzər Lənkəran”a məğlub oldunuz (0:2). Məşqçi heyəti ilə həmin görüşdəki səhvlərinizi analiz etmisiniz?
- Analiz deyəndə, sırf bu məğlubiyyət üzərində çox dayanmadıq. Əslində, Lənkəranda pis oynamadıq. Öz səhvlərimiz olsa da, məğlubiyyətə hakim və meydança amili də təsir etdi.
- “Bakı” çempionata 2 yenilgi ilə başlasa da, sonra ardıcıl 3 oyunda qalib gəldi. Ötən həftə isə Lənkəranda uduzdunuz. Bunu necə izah edə bilərsiniz? Komandanız riskli futbol oynayır, yoxsa başqa səbəblər var?
- Riskli futbol deməzdim. Sadəcə, mövsümün əvvəlində müəyyən problemlər vardı, bəzi oyunçular komandaya qoşulmamışdı. Üstəlik, baş məşqçimiz də yenidir. Tədricən oyunumuzu tapdıq. Ardıcıl 3 qələbə qazanmağımız sevindiricidir. Lənkərandakı məğlubiyyətdə isə qeyri-adi heç nə yoxdur. Oradan xal gətirmək həmişə çətin olub.
- Komandanız “Neftçi” üzərində inamlı qələbə qazandı. Çempionu 3 cavabsız qolla məğlub etmək uğurlu sonluqdan xəbər verir?
- “Neftçi” böyük hesabla məğlub etmək gözəl nəticədir. Ancaq bu, çempion olacağımıza dəlalət etmir. Çempionat hələ yeni başlayıb. İrəlidə nələrin olacağını kimsə proqnozlaşdıra bilməz. Təbii ki, “Bakı”nın hədəfi qızıl medallardır.
- Baş məşqçi əsas heyətdə Marius Penaya deyil, daha çox sizə şans verir. Bunun səbəbi rumıniyalı hücumçunun ötən illə müqayisədə zəifləməsidir, yoxsa siz “artırmısınız”?
- Pena səviyyəli oyunçudur, artıq bunu sübut edib. Komanda da təkcə hücumçu deyil, bütün mövqelərdə ciddi rəqabət var. Hələlik baş məşqçi məndən daha çox yararlanırsa, bu, məşqlərdə çəkdiyim əziyyətin bəhrəsidir. Mən millinin hücumçusuyam. Öz üzərimdə ikiqat məsuliyyətlə işləməliyəm.
- Ötən mövsüm fərqlənməkdə çətinlik çəkirdiniz. Ancaq artıq hesabınızda 1 qol var. Ümumiyyətlə, baş məşqçi sizdən daha çox nə tələb edir: qol vurmağı, yoxsa komanda yoldaşlarınızın fərqlənməsi üçün şərait yaratmağı?
- Hər futbolçunun yaxşı və pis dönəmləri olur. Bəli, ötən mövsüm qol vurmaqda çətinlik çəkirdim. İnşallah, bu il daha çox fərqlənərəm. Baş məşqçinin məndən nə tələb etməyinə gəlincə, hücumçuyam, əsas vəzifəm qol vurmaqdır. Lakin əsas olan komandanın nəticə qazanmasıdır. Qolu kimin vuracağı ikinci dərəcəli məsələdir.
- Milinko Pantiçi necə xarakterizə edə bilərsiniz?
- Pantiç təkcə meydançada deyil, kənarda da bizimlədir. Hər bir şeylə maraqlanır, ən xırda detallara fikir verir. Məşqçinin oyunçulara bu cür münasibəti kollektivdə inam yaradır. Savadlı, təcrübəli adamdır. Onunla uğur qazanacağımıza inanırıq.
ŞAMO

0
0