Qətər: Mundialı yayda keçirməyə hazırıq!
20.09.2013 - 15:23
Qətər: Mundialı yayda keçirməyə hazırıq!
DÇ-2022-nin Təşkilat Komitəsi bəyanatla çıxış edib. Apasport.az saytının məlumatına görə, ev sahibi Qətər mundialı yayda keçirməyə hazır olduğunu açıqlayıb.

FİFA yay fəslində Qətərdə həddindən artıq yüksək olacağından ehtiyatlanır. UEFA isə artıq bu məqamı nəzərə alaraq, dünya çempionatının qışda keçirilməsini təklif edib. Lakin ərəblər müasir texnologiyaların köməyi ilə istinin öhdəsindən gələcəklərinə əmindirlər: “Biz dünya çempionatına iddia edən zaman başa düşürdük ki, turniri yayda təşkil etməliyik və biz buna hazır idik. Futbol ictimaiyyəti yarışın qışda keçirilməsini istəyirlərsə, buna da gedə bilərik. Lakin ölkəmiz stadionlarda yüksək səviyyəli soyutma sistemlərini quraşdırmağa hazırdır. Artıq 2008-ci ildən bəri bəzi stadionlarda həmin sistemlərdən uğurla istifadə edirik. Bu soyutma sistemlərinin köməyi ilə stadionlarda, məşq meydançalarında, fan-zonalarda optimal temperatur olacaq”.

Qeyd edək ki, FİFA mundialla bağlı yekun qərarını bu ilin oktyabrında baş tutacaq İcraiyyə Komitəsinin iclasında verəcək.