AFFA “Bakı”nın müraciətinə cavab verdi
20.09.2013 - 16:26
AFFA “Bakı”nın müraciətinə cavab verdi
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda “Bakı”nın futbolçusu Cavid Hüseynov və klubun baş meneceri Zeynal Məmmədov barədə İntizam Komitəsinin qəbul etdiyi qərarlarla bağlı müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra qərara alınıb Cavid Hüseynov və Zeynal Məmmədov barəsində çıxarılan qərarlar qüvvəsində saxlanılsın.

Qeyd edək ki, Cavid Hüseynov aqressiv hərəkətlərinə görə 3, Zeynal Məmmədov isə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb.