Mişel Platini FİFA prezidenti olmaq istəmir
20.09.2013 - 16:42
Mişel Platini FİFA prezidenti olmaq istəmir
UEFA prezidenti Mişel Platini FİFA-ya rəhbərlik etmək istəmir. Apasport.az saytının məlumatına görə, fransalı futbol funksioneri bu gün qitə futbol qurumunun Xorvatiyada keçirilən toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən, belə bir açıqlama verib.

Platini hazırkı postunda özünü rahat hiss etdiyini, 2 ildən sonra Jozef Blatteri əvəzləmək barədə düşünmədiyini bildirib: “UEFA-da xoşbəxtəm, burda özümü yaxşı, evimdəki kimi hiss edirəm. Bilirəm, bəzi dostlarım və jurnalistlər məndən bu yöndə addım atmağımı gözləyirlər. Ancaq FİFA-nın prezidenti postu məni gecələr yatmağa qoymayacaq bir şey deyil”.

Qeyd edək ki, FİFA-nın hazırkı prezidenti Jozef Blatterin səlahiyyətləri 2015-ci ildə başa çatacaq. Onu əvəzləməyə ən real namizəd isə Mişel Platinidir. Lakin UEFA başqanı daha öncə bu barədə DÇ-2014-dən tez qərar verməyəcəyini açıqlayıb.