AZAL-ın verdiyi pula razı olmadı, Yunanıstanın aşağı dəstəsinə getdi
20.09.2013 - 17:29
 AZAL-ın verdiyi pula razı olmadı, Yunanıstanın aşağı dəstəsinə getdi
Yayda “Simurq”la yollarını ayıran Mario Bojiçin yeni klubu müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, bosniyalı mərkəz yarımmüdafiəçisi Yunanıstanın 1-ci dəstə klubu olan “Panaxaiki”yə keçib.

30 yaşlı futbolçu bu klubda təvəllüdünə uyğun olaraq “83” nömrəli formanı seçib.

Qeyd edək ki, “Simurq”la müqaviləsi başa çatdıqdan sonra AZAL ilə danışıqlar aparsa da, “təyyarəçilər”in təklif etdiyi pul Bojiçi qane etməmişdi.