“Sumqayıt”dan qeyri-adi nəsə gözləyirdiniz ki?” - MÜSAHİBƏ
20.09.2013 - 23:01
“Sumqayıt”ın müdafiəçisi Samir Abasovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının VIII turunun “Neftçi” ilə oyunu öncəsi komandada vəziyyət necədir?
- Yaxşıdır desəm, yalan danışmış olaram. 2 uğurlu oyundan sonra son 3 matçda məğlub olmuşuq. Ab-havanın necə olduğunu matçın gedişində görəcəyik. Qələbə qazanacağımızı demirəm, heç olmasa, yaxşı oynamağa çalışacağıq. Özümüzü yaxşı göstərib, “Bakı” ilə matç öncəsi əhval-ruhiyyəmizi yüksəltməliyik. İndiki məqamda ab-hava heç də yaxşı deyil.
- Mövsümün əvvəlində adətən autsayder hesab edilən komandalar rəqiblərinə müqavimət göstərməyi bacarırlar. Sonradan isə yavaş-yavaş geriləyirlər...
- Siz “Sumqayıt”dan qeyri-adi nəsə gözləyirdiniz ki? Çempionluq uğrunda oynamırıq. Biz Premyer Liqadakı yerimizi qorumağa çalışırıq. Razılaşıram, evdə oynadığımız görüşlərdə yaxşı nəticələr qazanmalıyıq. “Rəvan” kimi bizimlə eyni gücdə olan komandaya uduzmamalı idik. İnşallah, gələcək turlarda “Sumqayıt”ın gücünü görəcəksiniz. Uşaqlar dərk etməlidir ki, tək bir qələbə ilə heç nə həll edilmir. Bütün görüşlərə eyni cür köklənmək vacibdir. Ola bilsin, “Qəbələ” ilə qarşılaşmada qazanılan qələbədən sonra uşaqlarda müəyyən arxayınçılıq yaransın və bu üzdən də “Rəvan”a uduzaq. Yəqin ki, son məğlubiyyətlər komandanı ayıldacaq və qarşıdakı oyunlarda gücümüzü ortaya qoyacağıq.
- Bir qələbə ilə bu qədər arxayın olmaq mümkündür?
- Buna tam arxayınlaşmaq da demək olmaz. Çünki oyun heç də bunu göstərmirdi. Ola bilsin, “Qəbələ” üzərindəki qələbədən sonra eyforiyaya qapılsınlar. Təcrübəli futbolçular bu cür halları görüb.
- Təcrübəlilər gənc futbolçuları oyuna kökləmək baxımından müəyyən işlər görə bilməzdi?
- Oyundan əvvəl nəyin, necə olacağını bilmirsən. Özləri də bunu gözləmirlər. Yalnız oyunun gedişatı zamanı başa düşürlər ki, arxayınlıq yaranıb və bu gedişlə qələbə qazanmaq olmayacaq. Düzdür, biz təcrübəlilərin də günahı var. Hardasa onlara müəyyən şeyləri başa salmalı idik.
- Son vaxtlar təcrübəli oyunçularla da bağlı narazılıq yaranıb. Komandaya əvvəlki kimi kömək edə bilmədiyiniz deyilir. Bu fikirlərlə razısınız?
- İki nəfərlə iş aşmır. İki-üç nəfərlə iş görmək olsaydı, dəyişiklik edib bir çarə qılınardı. Futbol komanda oyunudur. Bizdə hələlik kollektiv oyun alınmır.
- Bəs nəticənin zəif olmasının səbəbini araşdırmısınızmı?
- Heyətimiz yeni yığılıb. Hərə bir komandadan gəlib. Əksəriyyəti gənclərdir və onlara uyğunlaşmaq vaxt lazımdır. Gələnlərdən hansı öz klubunun əsas heyətində ardıcı 2-3 il oynayıb? Heç biri! Hamısı cavanlardır. Gərək 8-10 oyun keçirsinlər ki, özlərinə gəlsinlər. Komandanın məqsədinin nə olduğunu hamı bilir. Gənclərə şans verməklə onları yığmaya qazandırmaqdır. Milliyə neçə oyunçu vermişik, araşdırsınlar. Bir-iki klubu çıxmaq şərti ilə əksəriyyəti limitlə əlaqədar “Sumqayıt”in uşaqlarını “çırpışdırıblar”.
- Onda işiniz çətin olacaq...
- Bunu hamı bilir. Biz “vuruşuruq”, çempionatda qalmaq istəyirik. İndi iştirakçı komandaların sayı da azalıb. Əksər klublar heyətlərini legionerlərlə gücləndirib. Amma biz...

0
0