Mbilla Etame: Mən səfər matçlarından qorxmuram
20.09.2013 - 18:13
“Biz AZAL ilə oyuna yaxşı hazırlaşırıq. Ümid edirəm ki, “Bakı” ilə oyunda olduğu kimi bu bazar da qələbə qazanacağıq”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın kamerunlu hücumçusu Mbilla Etame deyib.
“Bakı” ilə oyunda 2 qol vuraraq komandasına qələbə qazandıran Etame “Xəzər Lənkəran”ın bu tur AZAL ilə keçirəcəyi matçda şanslarını dəyərləndirib: “AZAL yaxşı komandadır. Onların turnir cədvəlinin yuxarı hissələrində qərarlaşması belə deməyə əsas verir. “Qəbələ” ilə oyunlarına da baxmışam. Yaxşı mərkəz oyunçuları var. Ancaq bizim də heyətimiz pis deyil. “Bakı” ilə oyundan sonra futbolçuların özünəinamı, yaxşı motivasiya formalaşıb. İnanıram ki, qələbə istəyimiz bizə növbəti uğuru gətirəcəm”.
Etame yenə qol vuracağına dair verdiyimiz suala isə belə cavab verib: “Mən səfər matçlarından qorxmuram. Əskinə səfərdə keçirilən oyunlar mənim motivasiyamı artırır. Bu üzdən yenə “Xəzər Lənkəran” üçün qol vurmağa çalışacağam”.
Səbuhi TOFİQOĞLU

0
0