Yuri Syomin “Rəvan” üzərində qələbədən danışdı
20.09.2013 - 19:26
Topaz Premyer Liqanın VII turu çərçivəsində "Qəbələ" doğma meydanda “Rəvan”ı 3:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında qalib komandanın baş məşqçisi Yuri Syomin oyun barədə fikirlərini açıqlayıb.
Rusiyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: “Yaxşı oynadıq, ilk hissədə iki qol vurduq. Hər iki hissədə hücumlarımız oldu. Meydança da əla vəziyyətdədir. 3:0 hesabı ilə qalib gəldik, ancaq ikinci hissənin axırlarına yaxın komandamın oyunu məni qane etmədi”.
Mənbə: pfl.az

0
0