Vladislav Qədirov: Aqil Nəbiyevin zədələnməsi də komandaya təsir etdi
20.09.2013 - 19:34
“Rəqibi qazanılan qələbə münasibəti ilə təbrik edirəm. Oyunda topa daha çox sahib olsaq da, “Qəbələ”nin hücumçularının yüksək ustalıq səviyyəsi öz sözünü dedi". Apasport.az saytının məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqanın VII turunda "Qəbələ" ilə oyundan sonra deyib.
Səfərdəki 3:0 hesablı məğlubiyyəti dəyərləndirən Qədirov bu sözləri açıqlayıb: “Oyun öncəsi məşqdə Aqil Nəbiyevin zədələnməsi də komandaya müəyyən qədər təsir etdi. Sona kimi mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm”.

0
0