Ancaq “Neftçi”, “Qəbələ” və “İnter”...
20.09.2013 - 20:14
Ancaq “Neftçi”, “Qəbələ” və “İnter”...
Topaz Premyer Liqasında VI turun rəmzi komandası açıqlanıb. Apasport.az saytının məlumatına görə, InStatFootball şirkətindən Peşəkar Futbol Liqasına təqdim olunan analitik məlumatlara əsasən ötən həftənin ən yaxşı 11-liyi məlum olub.

Bu siyahıda isə ancaq 3 klubumuzun, “Neftçi”, “Qəbələ” və “İnter”in futbolçuları yer alıb. Ötən tur heç bir futbolçusu bu siyahıda yer almayan flaqman bu dəfə 6 futbolçu ilə təmsil olunub.

Siyahı aşağıdakı kimidir:

Qapıçı: Dieqo Kosta (Qəbələ)

Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Karlos Kardoso (Neftçi), Joao Paulo de Souza Dantas (İnter), Mahir Şükürov (Neftçi)

Yarımmüdafiəçilər: Flavio Aleks Valensio (Neftçi), Erik Ramos (Neftçi), Araz Abdullayev (Neftçi), İlqar Ələbərov (İnter)

Hücumçular: Viktor Mendi (Qəbələ), Vaqif Cavadov (İnter)

Mənbə: pfl.az