“Qarabağ” uduzdu, “İnter” yenidən liderliyə yüksəldi
20.09.2013 - 21:43
“Qarabağ” uduzdu, “İnter” yenidən liderliyə yüksəldi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə birinciliyində VII turun daha üç görüşü baş tutub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın evdə darmadağın olduğu oyun günündə “İnter” “Bakı” üzərində inamlı qələbə qazanaraq yenidən liderliyə yüksəlib.


Əvəzedicilərin çempionatı
VII tur
20 sentyabr


“Qarabağ” – “Simurq” – 1:4
Qollar: Emin Əliyev, 87 - Oruc Balaşlı, 43; 57, Ziyabil Məmmədov, 65, Elnur Səmədov, 90+3.

“İnter” – “Bakı” – 3:1
Qollar: Nurxan Mənsimzadə, 3, Mirsahib Abbasov, 26, Ramil Mansurov, 50 - Raul Yaqubzadə, 73.

“Neftçi” – “Sumqayıt” – 2:1
Qollar: Aqşin Qurbanlı, 69, Cavid Muxtarzadə, 79 - Bayram Nuruzadə, 54.