“Kəpəz” evdə darmadağın oldu
20.09.2013 - 21:58
“Kəpəz” evdə darmadağın oldu
Futbol üzrə Azərbaycan Birinci Divizionunda II tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Günün yeganə matçında “Kəpəz” doğma meydanda “Neftçala”nı qəbul edib. Cari mövsümə 5:0 hesabı “Ağsu” qalibiyyəti ilə başlayan Gəncə təmsilçisi bu dəfə rəqibinə 3 cavabsız qolla boyun əyib.

“Kəpəz”in qonağı olan “Neftçala” rəqibini 3:0 hesabı ilə məğlub edərək ikinci qələbəsini qazanıb.

Birinci Divizion
II tur
20 sentyabr


“Kəpəz” – “Neftçala” – 0:3
Qollar: Vaqif Güləliyev, 34, Ceyhun Abdullayev, 59, Timur Dadaşov, 90+2.