“Roma” kapitanı ilə müqavilə yenilədi - FOTO
20.09.2013 - 22:37
“Roma” kapitanı ilə müqavilə yenilədi - FOTO
İtaliya təmsilçisi "Roma" futbolçusu Françesko Totti ilə olan müqavilə yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə klub yastı xəbər yayıb.

Belə ki, 36 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə 2 illik anlaşma imzalayıb. Bununla da Totti 38 yaşına qədər "sarı-qırmızılılar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Totti 1992-ci ildən "Roma" klubunda çıxış edir və o, 20-7-ci ildə İtaliya milli komandasındakı karyerasını başa vurub.