Droqbadan mesaj var
21.09.2013 - 00:18
Droqbadan mesaj var
“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba “Instagram” vasitəsilə klub azarkeşlərinə ismarış göndərib. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu ölkə çempionatında və Çempionlar Liqasındakı uğursuz çıxışdan sonra “sarı-qırmızılı” camiyəni məyus olmamağa çağırıb.

Droqba “Qalatasaray”la fəxr etdiyini deyib: “Bütün çətinliklərdə olduğu kimi, bu gün də başı uca ayaqda durmalıyıq. Biz çempionuq və belə günlərdə daha sıx birləşməliyik. Bütün sonlar başlanğıclardan daha yaxşı olur. Çempion kimi hərəkət etməliyik. Klubumla fəxr edirəm”.

Qeyd edək ki, ÇL-in qrup mərhələsindəki “Real”la ilk oyunda zədələnən Droqba ötən gün komanda ilə birgə məşqlərdə iştirak edib. Onun sabah “Beşiktaş” derbisində start heyətdə meydana çıxması gözlənilir.