“Simurq” “Qarabağ”la oyuna tam heyətlə hazırdır
21.09.2013 - 04:58
“Simurq” “Qarabağ”la oyuna tam heyətlə hazırdır
Topaz Premyer Liqasının VII turunda “Simurq” "Dalğa Arena"da "Qarabağ"ın qonağı olacaq. Apasport.az klub saytına istinadən xəbər verir ki, son iki turda qalib gəlməyi bacaran komanda ötən gün hazırlıqların tamamlayaraq istirahətə çəkilib.

Oyun öncəsi bir saata yaxın məşq edən "sarı-qaralar", isinmə hərəkətlərindən sonra qısa ötürmələrdən ibarət taktiki təmrinləri yerinə yetirib. 3 qrupdan ibarət "kvadrat" oynadıqdan sonra isə ikitərəfli oyunla hazırlıq davam edib. Sonda isə qapıya cinahlardan asmalar və onların qapanması, qapıya zərbələrlə məşq tamamlanıb. Tam heyətlə bu görüşə hazırlaşan "Simurq", qarşılaşmanın başlama vaxtını gözləyir.

Qeyd edək ki, Zaqatala təmsilçisinin "Qarabağ"la oyunu saat 19:30-da start götürəcək və klubun rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.