Millinin 14 futbolçusuna ömürlük cəza
21.09.2013 - 05:44
Danışılmış oyunlarda iştirakına görə, Salvador milli komandasının 14 futbolçusu ömürlük cəzalandırılıb. Apasport.az saytı Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.
Belə ki, həmin oyunçular ABŞ və Meksika yığmaları ilə keçirilən oyunda məğlubiyyətə səbəb olublar. Hadisə araşdırıldıqdan sonra onların əməlləri üzə çıxıb və Salvador Futbol Federasiyası həmin futbolçuları ömürlük futboldan uzaqlaşdırıb.
Qeyd edək ki, federasiya cəzalandırılanların adları ilə bağlı hələlik açıqlama verməyib.

0
0