Mişel Platini: İlham Əliyev istəyir ki...
21.09.2013 - 11:25
“Bura gəlməmişdən öncə ölkə başçısı İlham Əliyevlə görüşdüm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan UEFA prezidenti Mişel Platini deyib.
Qitə futbol qurumunun rəhbəri və AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə bu gün Mərdəkanda yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib.
Tədbirdən öncə jurnalistlərin suallarını cavablandıran Platini Azərbaycan prezidenti İlham Əliyevin futbolu sevən insan olduğunu söyləyib: “O, mənim yaxşı futbolçu olduğumu dedi. İlham Əliyev futbolu çox sevir. İstəyir ki, Azərbaycan dünya çempionu olsun. Ancaq bunun üçün aşağı yaş qruplarından başlamaq lazımdır”.
Platini AFFA-ya ayrılan maliyyə dəstəyindən də danışıb.
Qitə futbol qurumunun rəhbəri bildirib ki, assosiasiyalar arasında AFFA-dan daha çox maliyyə dəstəyinə ehtiyacı olanlar var: “Bizim üçün fərqi yoxdur. İstər böyük, istər kiçik assosiasiyalara fərq qoymuruq. 54 üzvün hamısına maliyyə dəstəyi veririk”.
Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

0
0