Mişel Platini: Bakının Avro-2020-ni keçirmək şansı yüksəkdir
21.09.2013 - 11:35
“Azərbaycanın geniş imkanları var”. Apasport.az saytının xəbərinə görə, bu sözləri hazırda Azərbaycanda səfərdə olan UEFA prezidenti Mişel Platini keçirdiyi brifinq zamanı deyib.
UEFA qitənin 13 şəhərində keçiriləcək Avro-2020-nin təşkilatçılığı üçün Bakının da namizədliyini təsdiq edib.
AFFA tərəfindən irəli sürülən Azərbaycan paytaxtına 31 ölkədən şəhərlər rəqib olacaq. Belə ki, UEFA 13 yerə 32 namizədi təsdiqləyib.
Platini əməkdaşımızın da iştirak etdiyi brifinqdə ölkəmizin şansını dəyərləndirib: “Burda yaxşı infrastrukturlar mövcuddur. Bu gedişlə, Bakının Avro-2020-ni keçirmək şansını yüksək görürəm. Ancaq mən bitərəfliyimi qorumalıyam”.
Qeyd edək ki, Avro-2020-ni qəbul edəcək şəhərlər təxminən 1 il sonra gələn il sentyabrın 25-də müəyyənləşəcək.

0
0