Rövnəq Abdullayev: Tikinti UEFA-nın maliyyə vəsaiti hesabına həyata keçiriləcək
21.09.2013 - 11:57
“Yeni bazanın tikintisində UEFA-nın böyük rol oynaması sevindiricidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün UEFA prezidenti Mişel Platininin və AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Mərdəkanda yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib.
Tədbir əsnasında təşkil olunan brifinqdə Abdullayev qitə futbol qurumunun rəhbərinə minnətdarlığını çatdırıb: “Tikinti UEFA-nın maliyyə vəsaiti hesabına həyata keçiriləcək. Mərasimdə iştirak etmək üçün Bakıya gəldiyinə görə Mişel Platiniyə təşəkkür edirik. Azərbaycan futboluna kömək üçün minnətdarıq”.
Qeyd edək ki, UEFA və AFFA prezidentləri bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” görüşünü canlı izləyəcəklər. Matç saat 19:00-da başlayacaq.

0
0