“Xəzər Lənkəran”ın son məşqi - FOTOSESSİYA
21.09.2013 - 13:33
Sabah Topaz Premyer Liqasının VII turu çərçivəsində AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” bu gün “AZAL Arena”da oyunöncəsi son məşqinə çıxıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” saat yarım ərzində əsasən futbolçuların süni örtüklü meydanda əzələlərinin davamlılığını artıracaq fiziki çalışmalar və taktiki planda hazırlıqla məşqini yekunlaşdırıb.
Zədəli Adrian Skarlatake fərdi məşqlərlə kifayətlənib. O cümlədən, bu gün əvəzedici heyətdə çıxış edəcək 6 futbolçu - Edu Oriol, Tərlan Qasımzadə, Ağabala Ramazanov, Uğur Pamuk, Kamran Abdullazadə və Elvin Mirəzyev də əsas komanda ilə birgə hazırlıqda iştirak etməyib.
Qeyd edək ki, AZAL - “Xəzər Lənkəran” oyunu sabah saat 19:00-da başlayacaq.
Oyunöncəsi son məşqdən çəkilən fotoları təqdim edirik:

0
0