Millimiz 3 qol vurdu, qalib gələ bilmədi
21.09.2013 - 15:03
Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, X qrupda mübarizə aparan Azərbaycan yığması Rusiyanın Volqoqrad şəhərində mübarizəyə başlayıb.
Nikolay Adamın rəhbərlik etdiyi yığmamızın ilk rəqibi İslandiya millisi olub. Məhsuldar keçən görüşdə qapılara ümumilikdə 6 qol vurulsa da, qalib müəyyənləşməyib.
Komandamız növbəti oyununu sentyabrın 23-də Rusiya, 3 gün sonra isə Slovakiya millisinə qarşı keçirəcək.
Qeyd edək ki, növbəti mərhələyə hər qrupda ilk 2 yeri tutan komandalar və 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma yüksələcək.
21 sentyabr
İslandiya - Azərbaycan 3:3
Qollar: Viktor Karl Einarsson, 20, Darri Sigthorsson, 62, Ernir Bjarnason, 72 - Benhur Kama, 11, Elnur Cəfərov, 50, Şahban Cəbrayılov, 68 - pen.

0
0