Qızlarımız ilk oyunda uduzdu
21.09.2013 - 15:15
Qızlarımız ilk oyunda uduzdu
Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, I seçmə qrupunda mübarizə aparacaq Azərbaycan milli komandası da ilk sınağına bu gün çıxıb.

Avstriyada meydan sahibləri, İsrail və Xorvatiya ilə qarşılaşacaq yığmamız ispaniyalı baş məşqçisi Patrisiya Qonzalesin rəhbərliyi altında ilk rəsmi oyununu keçirib. Bu ilin fevralında komandaya təyinat alan mütəxəssisin debütü uğursuz olub. Belə ki, Xorvatiyanı yığması ilə üz-üzə gələn komandamız 1:3 hesabı ilə uduzub. Yığmamızın heyətində Nigar Cəlilli fərqlənib.

Millimiz növbəti oyunlarını sentyabrın 23-də Avstriya, 3 gün sonra isə İsrail yığmalarına qarşı keçirəcək.

Qeyd edək ki, növbəti mərhələyə 11 qrupda ilk yeri tutanlar və 2-ci yer sahiblərindən 10 ən yaxşısı çıxır.