“Dənizlispor” adını dəyişdi
21.09.2013 - 16:51
“Dənizlispor” adını dəyişdi
Həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” adını dəyişib. Apasport.az saytının məlumatına görə, bu gün Türkiyə çempionatının I divizionunda mübarizə aparan Dənizli təmsilçisi ilə Özel Tekden Xəstəxanası arasında komandanın adı və forma sponsorluğu ilə bağlı müqavilə bağlanılıb.

“Dənizlispor”un prezidenti Süleyman Urkay xəstəxananın toplantı salonunda təşkil olunan imzalama mərasimində bu anlaşmadan əldə edəcəkləri gəlirin klub üçün faydalı olacağını bildirib.

Qeyd edək ki, 3 illik müqavilənin dəyəri 3,6 milyon lirə (təxminən 1,8 milyon manat) təşkil edir. Dənizli təmsilçisi bu müddətdə “Tekden Dənizlispor” adı altında çıxış edəcək.