Milinko Pantiç: Bu heç-heçə məğlubiyyətə bərabərdir
21.09.2013 - 20:14
“Rəqib qarşılaşmaya 3 mərkəz müdafiəçi ilə başlamışdı. Oyuna tam nəzarət edirdik, erkən qol vurduq. Müdafiədə buraxdığımız bir səhv qapımıza qolla nəticələndi. Yenidən hesabda irəli çıxsaq da, oyunun sonlarına yaxın qapımızdan ikinci qolu buraxdıq". Apasport.az saytının xəbərinə görə, bunu "Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqanın VII turunda "İnter"lə oyundan (2:2) sonra deyib.
O, komandasının bu qarşılaşmada qalib gələ bilməsi üçün şanslarının olduğunu bildirib: "Qol imkanlarımız çox oldu. Mənim üçün bu heç-heçə məğlubiyyətə bərabərdir. 2 xal itirdiyimizi düşünürəm. İtirdiyimiz xalları qarşıdakı oyunlarda bərpa etməyə çalışacağıq”.
pfl.az

0
0