Qurban Qurbanov: Komandamızda psixoloji yorğunluq var
21.09.2013 - 22:48
Qurban Qurbanov: Komandamızda psixoloji yorğunluq var
“90 dəqiqə ərzində oyunda üstünlüyə yiyələnmək istədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”la görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Topaz Premyer Liqasının VII turu çərçivəsində qəbul etdiyi Zaqatala təmsilçisi ilə qolsuz bərabərə qaldı. Buna rəğmən, Qurbanov matçdan sonra təşkil edilən mətbuat konfransında yaxşı oynadıqlarını söyləyib. O, eyni zamanda psixoloji yorğunluqdan şikayətlənib: “Rəqibin müdafiədə yaxşı oynadığını bilirdik. Həm hücumda, həm müdafiədə uğurlu oynadıq. Komandamızda psixoloji yorğunluq var. Çalışacağıq ki, komandanı daha yaxşı vəziyyətə gətirək. Rəqiblərimizin hamısı güclüdür”.