“Əks-hücumlarda oynayıb, qol vurmaq istəyirdik”
21.09.2013 - 23:03
Topaz Premyer Liqasının VII turunda “Qarabağ”ın qonağı olan “Simurq” bir xal qazanmağı bacardı. Apasport.az saytının məlumatında görə, qolsuz başa çatan matçdan sonra Zaqatala təmsilçisinin baş məşqçisi Georgi Çixradze rəqibi əks-hücumlarda yaxalamaq istədiklərini açıqlayıb. Gürcüstanlı mütəxəssis qarşılaşmanın ardından təşkil olunan mətbuat konfransında bunları deyib: “Gərgin və sürətli oyun oldu. Hesab sonadək açılmadı. Əks-hücumlarda oynayıb, qol vurmaq istəyirdik. Komanda sona qədər mübarizə apardı”.
0
0