“Neftçi”nin bəxti gətirdi”
21.09.2013 - 23:02
“Neftçi”nin bəxti gətirdi”
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov “Neftçi” ilə oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi Topaz Premyer Liqasının VII turunun oyununda səfərdə “Neftçi” ilə qolsuz bərabərə qaldı.

Məmmədov bəzi epizodlarda hər iki komandanın bəxtinin gətirdiyini söyləyib: “Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynadıq. Çətin oyun idi, komandamızda əsasən gənc, təcrübəsiz oyunçulardır. Fikrimcə, bu gün 1 xal qazandıq. Bəzi epizodlarda həm bizim, həm də “Neftçi”nin bəxti gətirdi. Bütün rəqiblərə eyni yanaşırıq. Öz oyun üslubumuz var, əks-hücumlarda oynayırıq.Komandamı təbrik edirəm”.