İntizamsız kimdi?
21.09.2013 - 23:00
“Bu cür komandalarla oyunlar həmişə çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib.
Topaz Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” oyununda heç-heçə qeydə alındı.
Əhmədov autsayder rəqibin müqavimətini qıra bilməməklərini belə əsaslandırıb: “Sumqayıt” əsasən müdafiədə oynadı, qapandı. Qol epizodlarından istifadə etmədikcə futbolçularda əsəb yaranırdı. Qarşıdakı oyunlarda itirdiyimiz xalların əvəzini qaytaracağımıza inanıram.
Hər hansı futbolçu intizamı pozursa, cəzasını alacaq. Komandanın özünə inamını bərpa etmək lazımdır”.

0
0