Yılmaz Vural “Sərhədçi”də
22.09.2013 - 18:55
Yılmaz Vural “Sərhədçi”də
Tanınmış türkiyəli mütəxəssis Yılmaz Vural Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, adı milli komandamız və “Neftçi”nin baş məşqçisi postunda hallanan çalışdırıcı “Sərhədçi” Olimpiya İdman Kompleksinə baş çəkib.

Özünün apasport.az saytına açıqlamasında dediyi kimi sentyabrın 22-də xüsusi dəvətlə Bakıya gələn Vuralın planlarında AFFA və “Neftçi” rəhbərliyi ilə görüşlər də var. Lakin buna qədər o, Heydər Əliyevin 90 illiyinə həsr olunmuş peşəkar kikboksçular arasında döyüşləri izləməyi lazım bilib.

Qeyd edək ki, Türkiyədə 23 klubda çalışan Vuralın son iş yeri “Elazığspor” olub.