Con Toşak: Mən daha çox Junior Nildo üçün sevinirəm
22.09.2013 - 20:29
“Oyuna çox yaxşı başladıq. İlk dəqiqələrdə gözəl qol da vurduq. Yaxşı kombinasiyadan sonra hesabı açmağa nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
Uelsli mütəxəssis Topaz Premyer Liqasının VII turunun AZAL-la səfər oyunu haqda fikirlərini açıqlayıb.
Toşak 3:1 hesablı qələbədən razı qalıb: “Təəssüf ki, hesab açılandan sonra komanda bir az arxayınlaşdı. Bunun da nəticəsində xətlər arasında problemlər yarandı ki, nəticədə rəqib bərabərlik qolunu vurdu. Bundan sonra 1-ci hissənin sonuna qədər bərabər oyun getdi. Fasilə ərəfəsində AZAL-ın oyunçusunun qırmızı vərəqə alması isə qarşılaşmada dönüş nöqtəsi oldu. İkinci hissədə yalnız 1 komanda hücum edirdi. Nəticədə 2 qol vurduq. Mən daha çox Junior Nildoya görə sevinirəm. Mərkəz hücumçumuz neçə oyundur qol imkanları olsa da, fərqlənə bilmirdi. Bu dəfə isə braziliyalı 2 qol vurdu. Ümumiyyətlə, əvvəlki oyunlarda komandamız da pis təsir bağışlamırdı. Lakin bəxtimiz gətirmirdi. “Bakı” ilə ötən turun matçı bizim üçün dönüş nöqtəsi oldu. İndi artıq qarşıdakı turun “İnter”lə oyununu fikirləşirik”.
Qeyd edək ki, son 6 turda qol vura bilməyən Nildo bu dəfə dubl müəllifi olub.

0
0