Vaqif Sadıqov: Belə oynamağa davam etsək…
22.09.2013 - 21:08
Topaz Premyer Liqasının VII turu çərçivəsində AZAL doğma arenada “Xəzər Lənkəran”a 3:1 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, ev sahibi komandanın baş məşqçisi Vaqif Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti dəyərləndirib.
Təcrübəli şalışdırıcı komandasının çıxışından razı qaldığını deyib: “Bu gün yaxşı oynadıq. Erkən qol buraxsaq da, bərabər oyun göstərdik. Oyunçularıma təşəkkür edirəm. Düşünürəm ki, belə oynamağa davam etsək lazım olan xalları yığacağıq”.
Qeyd edək ki, AZAL-ın futbolçusu Oskars Klava oyunun 45-ci dəqiqəsində qırmızı vərəqə ilə meydandan qovulub.
Mənbə: pfl.az

0
0