Yalnız ikisi
23.09.2013 - 08:08
Türkiyə çempionatının I liqasında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolunun buradakı 7 təmsilçisindən yalnız ikisi – Usim Nduka ilə Saşa Yunisoğlu meydana çıxıb.
Milliləşən legionerlərimiz Andrey Popoiçlə Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” öz meydanında “Adanspor”la bacarmayıb – 2:2. Andreyin yenə ehtyatda qaldığı matçda Usim 90 dəqiqə forma geyib.
Branimir Subaşiçlə Fərid Quliyevin Türkiyədəki dueli isə baş tutmayıb. Onlar mübafiq olaraq formasını daşıdıqları “Kahramanmaraşspor”la “Oruspor”un qarşılaşmasında meydana çıxmayıblar. Matç isə Ordu təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:2.
Saşa Yunisoğu ilə Arif İsayevin çıxış etdiyi “Dənizilipor” isə öz meydanında darmadağın olub. “Ankaraspor”a 0:4 hesablı məğlubiyyətdə yalnız Saşa iştirak edib. Müdafiəçi 90 dəqiqə meydanda olsa da, İsayev matçın iştirakçısı olmayıb.
Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” da öz meydanında məğlub olub. Qapıçımızın “18-liy”ə düşmədiyi oyunda komandası “Şanlıurfaspor”a 1:3 hesabı ilə yenilib.
Qeyd edək ki, Subaşiçin komandası 65 oyundan sonra 13 xal toplamaqla çempionatın vahid lideridir.

0
0