Millimizin futbolçusu 90 dəqiqə oynadı
23.09.2013 - 08:43
Millimizin futbolçusu 90 dəqiqə oynadı
21 yaşadək futbolçulardan ibarət yığmamızın futbolçularından olan Timur Təməltaş Türkiyənin “Altınordu” klubunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İzmir klubu səfərdə “Alanyaspor”un qonağı olub.

Meydan sahibləri ilk yarıda 2 qol vurub. “Altınordu” fasilədən sonra fərqi azaldıb. Ancaq Təməltaşın komandası 70-ci dəqiqədə meydanda sayca üstün olsa da, qələbə qazana bilməyib – 1:2. Timur bu qarşılaşmada da ötən dəfə olduğu kimi 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Altınordu” bu nəticədən sonra 4 xalla 8-ci pilləyə düşüb.