“Beşiktaş”ı gözləyən cəza
23.09.2013 - 09:39
Türkiyə Superliqasının V turunun “Beşiktaş” – “Qalatasaray” matçında yaşananlar meydan sahiblərinə baha başa gələcək. Apasport.az saytının məlumatına görə, “Atatürk Olimpiya Stadionu”nda keçirilən görüşdə baş verən qalmaqal “Beşiktaş”ın minimum 6, maksimum 10 ev oyununu boş tribunlar önündə keçirməsi ilə nəticələnəcək. İntizam Komitəsi qarşılaşma ilə bağlı hesabatı tədqiq edərək, müvafiq cəza kəsəcək.
Qeyd edək ki, dünən baş tutan İstanbul derbisinin 90+3 dəqiqəsinə qonaq komandanın futbolçusu Felipe Melonun qırmızı vərəqə alıb, meydanı tərk edən zaman formasını çıxararaq azarkeşlərə göstərməsi tribunaları ayağa qaldırdı.
Həm komandalarının yenik durumda olmasından (1:2), həm də braziliyalı futbolçunun təxribat xarakterli jestindən hiddətlənən yüzlərlə fanat meydançaya axışaraq, qalmaqal yaratdılar. Nəticədə qarşılaşmanın referisi Fırat Aydunusun qərarı ilə matç başa çatdırılmadı.

0
0